Bank Of Baku

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi “Türk Dünyası Teatro Günləri”ndə iştirak edəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi “Türk Dünyası Teatro Günləri”ndə iştirak edəcək
# 01 iyun 2009 15:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Türkiyənin Tarsus şəhərində keçiriləcək “Türk Dünyası Teatro Günləri”ndə iştirak edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 16-23 iyun tarixlərində keçiriləcək teatr günləri çərçivəsində Azərbaycan teatr kollektivi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşasını nümayiş etdirəcək. Dövlət Akademik Milli Teatrı kollektivinin iyunun 16-da Tarsus, 17-də Mərsin, 19-da Adana, 21-də Ceyhanda çıxışları nəzərdə tutulur. İyunun 23-də isə yaradıcı heyət elə sözügedən tamaşa ilə “Türk Dil Bayramı Törənləri”ndə də çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR