Bank Of Baku

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin gənc diplomantlarla görüşü keçirilib

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin gənc diplomantlarla görüşü keçirilib
# 01 iyun 2009 15:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Diplomatiya Akademiyasında Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə ilə görüş keçirilib. APA-nın məlumatına görə, akademiyanın professor, müəllim və tələbə heyəti adından qonağı salamlayan rektor Hafiz Paşayev bəstəkarın həyat və yaradıcılığı barədə görüş iştirakçılarına məlumat verilib. Daha sonra YUNESCO-nun təşkilatçılığı ilə çəkilən, F. Əlizadənin dünya musiqi sənətində fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib. YUNESKO-nun “Dünya artisti” kimi mükafatına layiq görülən F.Əlizadənin uzun illər Azərbaycandan kənarda yaşayıb fəaliyyət göstərməsi gənc diplomatların diqqətindən qaçmayıb. Dünya şöhrətli bəstəkar gənclərin suallarını cavablandırarkən, bu gün dünya ictimaiyyətinin Azərbaycan musiqisinə münasibətindən, milli musiqimizin müasir vəziyyətindən və avanqard musiqidən söhbət açıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR