Bank Of Baku

“Təxəllüsü Mixaylo” sənədli filmi V Sevastopol beynəlxalq film festivalında I dərəcəli diploma layiq görülüb

“Təxəllüsü Mixaylo” sənədli filmi V Sevastopol beynəlxalq film festivalında I dərəcəli diploma layiq görülüb
# 02 iyun 2009 09:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanı V Sevastopol beynəlxalq film festivalında təmsil edən “Təxəllüsü Mixaylo” sənədli filmi I dərəcəli diploma layiq görülüb. Filmin quruluşçu rejissoru Tahir Əliyev APA-ya deyib ki, festival II Dünya Müharibəsində Sevastopolun azad edilməsinin 65 illiyinə həsr olunub. Azərbaycanla yanaşı festivalda Ukrayna, Çin, Rusiya, Belarus, Bolqarıstan, İsrail, Polşa, Qazaxıstan və digər ölkələrdən 72 film iştirak edib. Bu filmlər 9 nominasiya üzrə mübarizə aparıblar. Azərbaycanı təmsil edən “Təxəllüsü Mixaylo” filmi isə festivalın “Qəhrəmanlıq” nominasiyası üzrə I dərəcəli diplomuna layiq görülüb. Qeyd edək ki, 2008-ci ildə “Salnamə” sənədli filmlər studiyasında istehsal olunan filmin quruluşçu rejissoru Tahir Əliyev, operatoru Elşən Həsənoğludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR