Bank Of Baku

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Cırtdan” operasını səhnələşdirəcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Cırtdan” operasını səhnələşdirəcək
# 02 iyun 2009 10:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 2009-cu ilin Uşaq İli elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı gənc tamaşaçılarına yeni bir tamaşa təqdim etməyə hazırlaşır. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, Uşaq ili çərçivəsində səhnəyə qoyulan bu tamaşa Azərbaycanın tanınmış bəstəkarı əməkdar incəsənət xadimi Nazim Əliverdibəyovun “Cırtdan” operasıdır. İyunun 14-də tamaşanın premyerasının keçirilməsi nəzərdə tutulub. Məşhur uşaq nağılı “Cırtan”ın motivləri əsasında səhnəyə qoyulan iki pərdəli nağıl operanın bədii rəhbəri və dirijoru əməkdar incəsənət xadimi Kazım Əliverdibəyov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeyster əməkdar incəsənət xadimi Sevil Hacıyeva və baletmeysteri əməkdar incəsənət xadimi Yulana Əlikişizadədir. Tamaşada əsas rollarda teatrın gənc solistləri İnarə Babayeva (Cırtdan), Səbinə Əsədova (Nənə), Tural Ağasiyev (Qoca) və başqaları çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR