Bank Of Baku

Gənc Tamaşaçılar Teatrı Kazanda “Nauruz” adlı IX Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Gənc Tamaşaçılar Teatrı Kazanda  “Nauruz” adlı IX Beynəlxalq Teatr Festivalında iştirak edəcək
# 02 iyun 2009 12:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Tatarıstanın Kazan şəhərində keçiriləcək türk xalqlarının “Nauruz” adlı IX Beynəlxalq Teatr Festivalında iştirak etmək məqsədi ilə bu gün Kazana yola düşüb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollektivə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov rəhbərlik edir. Teatr festivalda Ə. Haqverdiyevin “Pəri Cadu” tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, rəssamı Lətifə Quluzadə, tryukların quruluşçusu İsa Əsədov, sinxron tərcümə isə Səriyyə İsmayılovaya məxsusdur. Tamaşada Azərbaycanın əməkdar artisti Naibə Allahverdiyeva, artistlərdən Kəmalə Hüseynova, Elşən Rüstəmov, Mehriban Abdullayeva, Sonxanım Əliyeva, Güşvər Şərifova, Günel Məmmədova, Aybəniz Əhmədova, Rasim Cəfərov, Elnur Kərimov, və başqaları iştirak edəcəklər. 15-dən artıq türkdilli ölkə teatrlarının iştirak etdiyi və beş gün davam edəcək beynəlxalq festivalda Dövlət Gənc Tamaşaçılar Teatrı ikinci dəfə iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR