Bank Of Baku

Azərbaycan 53-cü Venesiya Biennalesində geniş miqyasda təmsil olunacaq

Azərbaycan 53-cü Venesiya Biennalesində geniş miqyasda təmsil olunacaq
# 03 iyun 2009 09:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan 53-cü Venesiya Biennalesində (dünya incəsənətinin ən məşhur forumlarından biri) geniş miqyasda təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, bu məqsədlə Venesiyadakı Giudecca-Zitelle teatrının binasında Azərbaycan Pavilyonu təşkil ediləcək. Artıq Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri, əməkdar incəsənət xadimi Leyla Axundzadənin rəhbərliyi altında bir qrup rəssam Venesiyaya ezam edilib. Sərgidə dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahov, Nailə Sultan, Teymur Rüstəmov, Teymur Daimi, Niyaz Nəcəfov, Fərid Rəsulov, Tərlan Qorçu və “Xətt” İncəsənət Qrupunun əsərləri nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR