Bank Of Baku

Moskva Dumasında azərbaycanlı rəssamın sərgisi açılıb

Moskva Dumasında azərbaycanlı rəssamın sərgisi açılıb
# 03 iyun 2009 13:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Moskva Dumasında azərbaycanlı rəssam Əsgər Məmmədovun sərgisi açılıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Ə. Məmmədov əslən qarabağlıdır, uzun müddət Bakıda fəaliyyət göstərib, hazırda isə Moskvada yaşayır. Ə. Məmmədov yalnız Azərbaycan və Rusiyada tanınmır, onun Kipr, Türkiyə, İspaniya, İsrail və Almaniyada da sərgiləri keçirilib. 2005-ci ildə rəssamın emalatxanasında yanğın baş verib, onun bütün əsərləri, eskizləri yanaraq məhv olub. Ona görə də bu gün açılan sərgidə nümayiş olunan əsərləri hamısı yenidir. Sərgi iyunun 19-na qədər davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR