Bank Of Baku

Bakıda TİSA Beynəlxalq Rəssamlıq Məktəbinin şagirdlərinin sərgisi açılıb

Bakıda TİSA Beynəlxalq Rəssamlıq Məktəbinin şagirdlərinin  sərgisi açılıb
# 03 iyun 2009 15:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Lətif Kərimov adına Azərbaycan Dövlət Xalçaçılıq və Tətbiqi-Sənət Muzeyində TİSA Beynəlxalq Rəssamlıq Məktəbinin şagirdlərinin sərgisi açılıb. Bu barədə APA-ya muzeyin direktoru Röya Tağıyeva məlumat verib. Muzey rəhbərinin sözlərinə görə, sərgidə uşaqların müxtəlif əl işləri nümayiş etdirilir: “Bu sərginin açılışı olduqca vacibdir. Baxmayaraq ki, bu sərgidə şagirdlərin əl işləri nümayiş etdirilir, ancaq bütün yaş kateqoriyalarını maraqlandıran və onları heyrətləndirəcək maraqlı əl işləridir. Arzu edən hər bir kəs həm özü, həm də övladını bu sərgiyə gətirə bilər”. R. Tağıyevanın sözlərinə görə, sərginin nümayişi mayın 6-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR