Bank Of Baku

Azərbaycanda türkdilli ölkələrin heykəltəraşlıq və keramika üzrə simpoziumu keçiriləcək

Azərbaycanda türkdilli ölkələrin heykəltəraşlıq və keramika üzrə simpoziumu keçiriləcək
# 04 iyun 2009 10:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu ilin avqustunda Azərbaycanda ilk dəfə olaraq türkdilli ölkələrin heykəltəraşlıq və keramika üzrə simpoziumu keçiriləcək. Azərbaycan Rəssamlar İttifaqının katibi, əməkdar rəssam Ənvər Qarayevin APA-ya verdiyi məlumata görə, simpoziumda Azərbaycan, Türkiyə və Özbəkistan heykəltəraşları və keramika ustaları iştirak edəcək. Avqustun 1-dən 30-na kimi davam edəcək tədbirdə iştirak edəcək heykəltəraşlar bir ay müddətində “Azərbaycanın qədim tarixi” mövzusunda əl işləri hazırlayacaqlar. Əl işləri Azərbaycanda saxlanılacaq. Ə. Qarayev bildirib ki, simpozium ilk dəfə təşkil edildiyindən tədbirdə az sayda ölkə təmsil olunacaq: ”Ancaq növbəti illərdə bu sayın çoxalacağına əminik. Simpozium hər iki ildən bir Azərbaycanın paytaxtı Bakıda keçiriləcək”.

Ə. Qarayevin sözlərinə görə, bir neçə simpozium keçirildikdən sonra hazırlanan əl işlərindən ibarət açıq hava muzeyi yaradılacaq
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR