Bank Of Baku

“Təxəllüsü Mixaylo” filmi “Qızıl cəngavər” XVIII Beynəlxalq Kino Festivalında xüsusi mükafata layiq görülüb

“Təxəllüsü Mixaylo” filmi “Qızıl cəngavər” XVIII Beynəlxalq Kino Festivalında xüsusi mükafata layiq görülüb
# 04 iyun 2009 12:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Lipetsk şəhərində keçirilən “Qızıl cəngavər” XVIII Beynəlxalq Kino Festivalında Azərbaycanı təmsil edən “Təxəllüsü Mixaylo” filmi xüsusi mükafata layiq görülüb. Filmin rejissoru Tahir Əliyev APA-ya bildirib ki, film xüsusi mükafatı müharibə mövzusunun ən yaxşı həllinə görə nominasiyasında qazanıb. Festivalda 24 ölkədən 260 film iştirak edib. Bu, artıq filmin bir ay ərzində qazandığı ikinci mükafatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR