Bank Of Baku

Azərbaycanlı dirijor Əyyub Quliyev beynəlxalq mükafata layiq görülüb

Azərbaycanlı dirijor Əyyub Quliyev beynəlxalq mükafata  layiq görülüb
# 05 iyun 2009 07:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Beynəlxalq müsabiqələr laureatı, gənc dirijor Əyyub Quliyev Sankt-Peterburqun “Musiqili Olimpi” Fondunun təsis etdiyi “Dinləyicilərin Simpatiyası" beynəlxalq mükafatına (“Audience Preference Award”) layiq görülüb. Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, mükafat “Musiqi Olimpi” festivalının konsertlərində iştirak edən dinləyicilər tərəfindən gizli səsvermə nəticəsində həyata keçirilib. Seçim bu il festivalda iştirak etmiş 13 ölkədən 25 musiqiçi arasında keçirilib. Mükafatın təqdimat mərasimi Sankt-Peterburqun “"Grand Palace" mərkəzində keçirilib.
Qeyd edək ki, Əyyub Quliyev festival tarixində bu mükafata layiq görülmüş ilk dirijordur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR