Bank Of Baku

Sumqayıtın 60 illiyinə və Beynəlxalq Rəqs gününə həsr edilən rəqs müsabiqəsinin yekun konserti keçirilib

Sumqayıtın 60 illiyinə və Beynəlxalq Rəqs gününə həsr edilən rəqs müsabiqəsinin yekun konserti keçirilib
# 05 iyun 2009 10:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sumqayıt şəhərində “28 May” mədəniyyət evində Sumqayıtın 60 illiyinə və Beynəlxalq Rəqs gününə həsr edilmiş I Ümumşəhər rəqs müsabiqəsinin yekun konserti keçirilib. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib. Müsabiqənin nəticələrinə görə “Dostluq” mədəniyyət evinin “Xəzri” rəqs kollektivi I, Bülbül adına Uşaq İncəsənət Məktəbinin “Ümid” uşaq rəqs kollektivi II, C. Cabbarlı adına mədəniyyət evinin “Şənlik” rəqs kollektivi və N. Nərimanov adına mədəniyyət evinin “Dəcəllər” rəqs kollektivi III dərəcəli diploma, Ə. Bakıxanov adına Uşaq İncəsənət məktəbinin, Şəhər Mədəniyyət Evinin və Sumqayıt Dövlət Universitetinin rəqs kollektivləri isə həvəsləndirici diploma layıq görülüblər. Tədbir Rəqs kollektivlərinin ifasında Azərbaycan və dünya rəqsləri ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR