Bank Of Baku

Bakıda Belarus rəssamlarının fərdi yaradıcılıq sərgisi açılıb

Bakıda Belarus rəssamlarının fərdi yaradıcılıq sərgisi açılıb
# 05 iyun 2009 15:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Bakı İncəsənət Mərkəzinin “Yeni Gallery” sərgi salonunda müasir Belarus rəssamları Zoya Lutseviç və Nikolay Botvinnikın fərdi yaradıcılıq sərgisi açılıb. APA-nın xəbərinə görə, sərginin açılışında çıxış edən mərkəzin direktoru Rəfael Gülməmmədli bildirib ki, Azərbaycanda digər ölkələrin rəssamlarının fərdi sərgilərinin açılması önəmli hadisədir. Mərkəz direktoru bu ənənənin davamlı olacağını qeyd edib. Sərgidə çıxış edən hər iki rəssam - Zoya Lutseviç və Nikolay Botvinnik Azərbaycan sərgilərinin açılmasından böyük məmnunluq hissi duyduqlarını bildiriblər. Sərgidə belaruslu rəssamların foto illüstrasiyaları, foto kollajları, rəngkarlıq janrında əsərləri nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR