Bank Of Baku

Venesiya biennalisində Azərbaycan sərgisinin açılışı keçirilib

Venesiya biennalisində Azərbaycan sərgisinin açılışı keçirilib
# 08 iyun 2009 09:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İtaliyanın Venesiya şəhərində 53-cü Venesiya Biennalisinin- yeni ümumdünya müasir incəsənət sərgisinin açılışı olub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, iki il əvvəl olduğu kimi Azərbaycan pavilyonu yenə də Venesiyanin Giudecca-Zitelle (“CZ95 Centro Civico”) teatrında yerləşir. Artıq Venesiya biennalisində Azərbaycan sərgisinin açılışı keçirilib. Respublikamızı təmsil edən nümayəndə heyətinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev başçılıq edir.Nazirliyin təsviri və dekorativ sənət sektorunun müdiri, əməkdar incəsənət xadimi Leyla Axundzadə Azərbaycan sərgisini təqdim edərək pavilyonda toplaşanları rəssamlarımızla tanış edib. Pavilyonumuzun mövzusu məşhur fransız filosofu Dekartın bir ifadəsini təkrar edir: "Düşünürəm, demək mövcudam". Sərgidə dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahov, Nailə Sultan, Teymur Rüstəmov, Teymur Daimi, Niyaz Nəcəfov, Fərid Rəsulov, Tərlan Qorçu və “Xətt” İncəsənət qrupunun əsərləri nümayiş etdirilir. Sərgi noyabr ayınadək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR