Bank Of Baku

Uşaq Rəsm Qalereyasında uşaq hüquqları ilə bağlı sərgi təşkil olunub

Uşaq Rəsm Qalereyasında uşaq hüquqları ilə bağlı sərgi təşkil olunub
# 09 iyun 2009 13:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tofiq İsmayılov adına Uşaq Rəsm Qalereyasında uşaq hüquqları ilə bağlı sərgi təşkil olunub. APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, sərgi 2009-cu ilin “Uşaq ili” elan olunması ilə bağlı tədbirlər planının müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədilə həyata keçirilir. İnsan hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə 18 may - 18 iyun tarixlərinin Azərbaycanda “İnsan hüquqları aylığı” kimi qeyd olunduğunu söyləyən İ. Babayev deyib ki, rəsm sərgisi də bu aylıq çərçivəsində gerçəkləşdirilən tədbirlərdən biridir.
Sərgidə Bakının müxtəlif rəsm dərnəklərindən olan 80-dən artıq uşağın asudə vaxt, təhsil, sağlamlıq, ailə hüquqları ilə bağlı 100-ə yaxın rəsm əsəri sərgilənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR