Bank Of Baku

Azərbaycanda Bakı Beynəlxalq Rəsm Festivalı keçiriləcək

Azərbaycanda Bakı Beynəlxalq Rəsm Festivalı keçiriləcək
# 09 iyun 2009 13:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu ilin oktyabr-noyabr aylarında Azərbaycanda Bakı Beynəlxalq Rəsm Festivalı keçiriləcək. APA-nın məlumatına görə, bu barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. Onun sözlərinə görə, 2009-cu ilin “Uşaq ili” elan olunması çərçivəsində nazirlik bir neçə beynəlxalq tədbir keçirməyi planlaşdırır. İ. Babayev bildirib ki, bu ilin dekabrında yeniyetmələr arasında VI beynəlxalq elm olimpiadası keçiriləcək. Olimpiadada dünyanın 54 ölkəsindən 600-dək yeniyetmənin iştirakı gözlənilir. İl ərzində Bakıda kompüter texnologiyaları üzrə məktəblilər arasında I beynəlxalq olimpiada da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR