Bank Of Baku

Şəkidə “Almaniya səyahətlər ölkəsi” mövzusunda sərgi açılıb

Şəkidə “Almaniya səyahətlər ölkəsi” mövzusunda sərgi açılıb
# 11 iyun 2009 14:15 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Bu gün Şəkidə “Almaniya səyahətlər ölkəsi” mövzusunda sərgi açılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, “Almaniya səyahətlər ölkəsi” mövzusunda keçirilən foto sərgi Almaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə baş tutub. Sərgidə Almaniyanın qədim tarixi abidələrini, keçmiş və müasir tikintilərini əks etdirən fotoşəkillər nümayiş etdirilib. Sərgidə Almaniyanın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə məsləhətçisi Cəmilə Ağababayeva, rayonun icra başçısı Nazim İbrahimov, müvafiq idarə nümayəndələri və rayon ziyalıları iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR