Bank Of Baku

Səttar Bəhlulzadənin 100 illiyi ilə əlaqədar film çəkilir

Səttar Bəhlulzadənin 100 illiyi ilə əlaqədar film çəkilir
# 12 iyun 2009 13:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin 100 illiyi ilə əlaqədar olaraq “Sonuncu dərviş” adlı film çəkilir. APA-nın məlumatına görə, film fırça ustasının həyat və yaradıcılığından bəhs edir. Filmdə onun uşaqlıq, gənclik və ahıl dövrləri əks etdiriləcək. Filmdə həmçinin rəssamın heç yerdə sərgilənməyən Moskvadakı 200-ə yaxın əsəri nümayiş olunacaq. Filmin rejissoru və ssenari müəllifi əməkdar incəsənət xadimi Ələkbər Muradov, quruluşçu rəssamı xalq rəssamı Ağaəli İbrahimov, quruluşçu operatoru isə Manaf Quliyevdir. Baş rollarda Nazim Babayev, Hüseyn Rəcəbov, xalq artisti Ramiz Novruzov, Sona Mikayılova və başqaları çəkilir. Filmin çəkilişləri rəssamın anadan olduğu Əmircan qəsəbəsində, Qubada və Göygöldə aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR