Bank Of Baku

“Start” Beynəlxalq Tələbə Filmləri Festivalı Oberhauzen Beynəlxalq Qısametrajlı Filmlər Festivalının rəsmi tərəfdaşı olub

“Start” Beynəlxalq Tələbə Filmləri Festivalı Oberhauzen Beynəlxalq Qısametrajlı Filmlər Festivalının rəsmi tərəfdaşı olub
# 13 iyun 2009 09:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Start” Beynəlxalq Tələbə Filmləri Festivalı Almaniyanın nüfuzlu Oberhauzen Beynəlxalq Qısametrajlı Filmlər Festivalının rəsmi tərəfdaşı olub. “Start” Beynəlxalq Tələbə Filmləri Festivalının mətbuat üzrə koordinatoru Nərmin Muradovanın APA-ya verdiyi məlumata görə, ötən ilin noyabr ayında Oberhauzen Film Festivalının nümayəndəsi Bakıda olarkən “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzində olub və festivallararası əlaqələrin genişlənməsi istiqamətində danışıqlar aparıb. “Start” festivalı bu il keçirilən 55-ci Oberhauzen festivalının kataloqunda rəsmi tərəfdaş kimi göstərilib: “Düşünürük ki, bizim festivalın dünyanın nüfuzlu festivallarından biri ilə əməkdaşlıq etməsi gənc kinematoqrafçılarımızın işinə də təsir edəcək. Biz məhz “Cinema” mərkəzinin xətti ilə yerli filmlərin Oberhauzen festivalında iştirak etməsinə çalışırıq. Dünyanın tanınmış festivalının Azərbaycan üzrə nümayəndəsi olmaq böyük nəticədir”.

N. Muradovanın sözlərinə görə, “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi gələn ildən etibarən Oberhauzen festivalında qalib gəlmiş filmlərin Azərbaycanda nümayişini təşkil etməyi planlaşdırır. Bunun üçün artıq danışıqlar aparılır və müsbət nəticələr əldə olunmaqdadır: “Gələcəkdə bundan da böyük hadisələrlə kino ictimaiyyətimizi çaşdıracağımızı düşünürük. Hazırda Avropanın ən böyük festivallarında qran-pri almış məşhur rejissorun bizim festivalda jüri kimi iştirakına çalışırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR