Bank Of Baku

Bakıda Misir müğənnisi Umm Külsüm və bəstəkar Muhamməd Abd El Vahhaba həsr edilmiş tədbir keçiriləcək

Bakıda Misir müğənnisi Umm Külsüm və bəstəkar Muhamməd Abd El Vahhaba  həsr edilmiş tədbir keçiriləcək
# 16 iyun 2009 10:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tanınmış Misir müğənnisi Umm Külsüm və bəstəkar Muhamməd Abd El Vahhaba həsr edilmiş tədbir keçiriləcək. Bakıdakı Misir Mədəniyyət Mərkəzindən APA-ya bildirilib ki, tədbir iyunun 24-də baş tutacaq. Tədbirdə mərkəzin direktoru Adel Darviş, Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Sabir Abd El Kaderin çıxışları nəzərdə tutulur. Tədbir proqramına Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin musiqi məktəbinin müəllim heyətinin ifasında Muhamməd Abd El Vahhabın mahnıları, eləcə də "Nil çayı", "Asvan", həmçinin müğənni Mehrinin ifasında Ümm Külsümün bir sıra mahnıların səslənməsi də daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR