Bank Of Baku

Moskvada “Ənənə və müasirlik” adlı III Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

Moskvada “Ənənə və müasirlik” adlı III Beynəlxalq İncəsənət Festivalı keçiriləcək
# 16 iyun 2009 10:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İyunun 18-dən 22-dək Moskvada “Ənənə və müasirlik” adlı III Beynəlxalq İncəsənət Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, dünyanın müxtəlif ölkələrindən və Rusiya Federasiyası subyektlərindən olan tanınmış rəssamların festivalda iştirakı nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, əməkdar rəssam Fərman Qulamov təmsil edəcək. Z. Əliyevanın sözlərinə görə, iyunun 24-də festival iştirakçılarına mükafatların təqdimetmə mərasiminin keçirilməsi nəzərdə tutulur. Festivalda Fərman Qulamov tərəfindən Azərbaycana aid ekspozisiya təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR