Bank Of Baku

Vəcihə Səmədova adına Sərgi Salonunda rəngkarlıq sərgisi təşkil olunub - FOTOSESSİYA

Vəcihə Səmədova adına Sərgi Salonunda rəngkarlıq sərgisi təşkil olunub - <font color=red>FOTOSESSİYA</font>
# 03 sentyabr 2010 15:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda rəngkarlıq janrında rəsm əsərlərinin sərgisi təşkil olunub. APA-nın məlumatına görə, sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, tanınmış rəssamlar İlqar Əkbərov və Nəvai Məmmədoğlunun rəngkarlıq əsərləri nümayiş edilib. Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov bildirib ki, sərgidə ümumilikdə 68 əsər sənətsevərlərin ixtiyarına verilib. Rəssamlar 25 ildir dost olduqlarını və bu cür sərginin təşkilini yüksək qiymətləndiklərini bildiriblər. Rəssamlar yaxın vaxtlarda Türkiyədə sərgilərinin keçirəcəyini də diqqətə çatdırıblar. İlqar Əkbərov əsasən təbiət, Nəvai Məmmədoğlu isə portret janrında rəsm əsərləri çəkir.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR