Bank Of Baku

“Boney M” qrupu Azərbaycan paytaxtında konsert verib

“Boney M” qrupu Azərbaycan paytaxtında konsert verib
# 06 sentyabr 2010 06:24 (UTC +04:00)
APA-nın məlumatına görə, Mərdəkanda dəniz kənarında keçirilən konsertdə “Boney M” qrupu “Daddy Cool”, “Ma Baker”, “Rasputin”, “Sunny” və digər hit mahnılarını ifa edib.

Konsert boyu qrupun 61 yaşlı solisti Bobbi Farrel əvvəllər olduğu kimi, rəqs edərək, tamaşaçılara ötən illəri yada salıb. Bir saata yaxın davam edən konsert zamanı B. Farreli həmişəki kimi üç cazibədar qadın müşayiət edib.

Qeyd edək ki, “Boney M” qrupu 1975-ci ildə alman prodüser Frank Farian tərəfindən yaradılıb. Ötən əsrin 80-ci illərinin sonunda isə məşhur qrup dağılıb və qrupun dörd üzvündən Liz Mitchell, Marcia Barrett və Maizie Williams qrupdan ayrılıb.

Hazırda “Boney M” qrupunda keçmiş heyətindən ancaq B. Farrel qalıb. Bu, qrupun Azərbaycana ikinci səfəridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR