Bank Of Baku

Dövlət Film Fondunda xalq rəssamı Tahir Salahovun şəxsi arxiv fondu yaradılacaq

Dövlət Film Fondunda xalq rəssamı Tahir Salahovun şəxsi arxiv fondu yaradılacaq
# 06 sentyabr 2010 14:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dövlət Film Fondunda xalq rəssamı Tahir Salahovun şəxsi arxiv fondu yaradılacaq. Bu barədə APA-ya Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib. O bildirib ki, bu arxiv kolleksioner Miçiaşvili tərəfindən Moskvadan fonda daxil olmuş foto-sənədlərdən, eləcə də bu yaxınlarda Litva vətəndaşının şəxsi arxivindən daxil olacaq foto-sənədlərdən təşkil olunacaq. C. Quliyevin sözlərinə görə, Litvanın şəxsi arxivindən Tahir Salahovun 8 foto-sənədi təqdim olunacaq.

Bununla yanaşı, bu günlərdə Litvadan Dövlət Film Fonduna unikal foto sənədin neqativi təqdim olunub. Mərhum ölkə başçısı Heydər Əliyev, xalq rəssamı Tahir Salahov və xalq yazıçısı İmran Qasımovun birgə fotosu 1970-ci ilin ortalarında Moskvada Kreml Sarayında lentə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR