Bank Of Baku

Azad Rəhimov: “Eurovision-Dance” yarışmasının Azərbaycanda baş tutmamasında bizim heç bir təqsirimiz yoxdur”

Azad Rəhimov: “Eurovision-Dance” yarışmasının Azərbaycanda baş tutmamasında bizim heç bir təqsirimiz yoxdur”
# 06 sentyabr 2010 14:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Azərbaycanda keçirilməsi nəzərdə tutulan “Eurovision- Dance” yarışmasının baş tutmamasında bizim heç bir təqsirimiz olmadı. Bu qərarı “Eurovision” müsabiqəsinin təşkilat komitəsi verdi. Qərarı verilməsinə isə iştirakçı ölkələrin sayının azlığı səbəb oldu”. APA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycanda keçirilməsi nəzərdə tutulan rəqs yarışmasında çox az - 10 ölkənin iştirak etmək istəyi təşkilat komitəsinin bu qərarı verməsinə səbəb olub: “Təşkilat komitəsi tərəfindən bildirildi ki, 10 ölkə arasında rəqabət olmadığından müsabiqənin keçirilməsi maraq oyatmayacaq, Avropanın 75 ictimai televiziyası da rəqabətin az olması səbəbindən müsabiqəni nümayiş etdirmək istəmirdi və qərara alındı ki, “Eurovision Dance” yarışması keçirilməsin. Bunun Azərbaycana heç bir aidiyyəti yoxdur”.

A. Rəhimov qeyd edib ki, hazırda müsabiqənin gələn il ölkəmizdə keçirilib-keçirilməyəcəyini indidən söyləmək qeyri-mümkündür: “Bu tədbirin keçirilməsi üçün hazırda belə bir planımız yoxdur. Bu tədbiri keçirməyə Heydər Əliyev adına İdman və Konsert Kompleksinin zalları imkan verir. Bundan başqa, Azadlıq meydanında yüngül konstruksiya işləri gördükdən sonra tədbiri açıq hava altında da təşkil etmək olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR