Xalq artisti Sərvər Qəniyevlə vida mərasimi keçirilib - FOTOSESSİYA
Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sərvər Qəniyevin həyat və yaradıcılığından söz açıb, onun Azərbaycan mədəniyyətindəki xidmətlərindən danışıb. Nazir bildirib ki, mərhum görkəmli sənətkar, gözəl insan və müəllim olub.
Vida mərasimində iştirak etmək üçün Bakıya gələn Bilkənd Universitetinin rektoru Əli Doğramaçı Sərvər Qəniyevin daima qəlblərdə yaşayacağını qeyd edib: “Azərbaycan və Türkiyə həm yaxşı, həm pis günlərdə hər zaman birgə olub. Bu gün biz yenə də birlikdəyik. Sərvər Qəniyev yaradıcılığı ilə çox ölkələri birləşdirib. O Misirdə çalışıb, bizim universitetdə isə onun danılmaz xidmətləri olub. Uzun illər Sərvər Qəniyev Bilkənd Universitetində professor, müəllim kimi çalışıb və bir çox istedadlar yetişdirib. Sərvər Qəniyev yaşadığı ömürlə çox böyük, unudulmaz iz buraxıb”.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli dostunu son mənzilə yola saldığını deyib: “Bu həyatdan hər birimiz köçüb gedəcəyik. Ancaq elə yaşamaq lazımdır ki, vəfat edəndən sonra desinlər ki, çox yaxşı insan olub və kişi kimi yaşayıb. Bu sözləri Sərvər Qəniyev üçün demək olar”. BMA rektoru mərhumun ailəsində onun yolunu davam etdirən oğlu Toğrul Qəniyevin çox istedadlı insan olduğunu deyib.
TÜRKSOY təşkilatının baş direktoru Düseyn Kaseinov Sərvər Qəniyevin tək Azərbaycanın yox, bütün türk dünyasının sənətkarı olduğunu diqqətə çatdırıb və bu itkini Türk dünyasının itkisi adlandırıb. Onunla dost olduğunu deyən təşkilat rəhbəri, Sərvər Qəniyevi hər zaman özünə böyük qardaş hesab etdiyini vurğulayıb.
Professor Zöhrab Adıgözəlzadə də çıxışında bütün Azərbaycan xalqına baş sağlığı verib və sənətkarın hər zaman yaşayacağını deyib.
Vida mərasimində mərhumun ailəsi adından çıxış edən sənətkarın oğlu, əməkdar artist Toğrul Qəniyev mərasimə gələnlərə təşəkkürünü bildirib və ata itkisinin çox ağır hiss olduğunu əlavə edib. T. Qəniyev atasının azərbaycanlı olduğunu və onun ruhunun da Azərbaycana aid olduğunu deyib: “Atam bu torpaqda dəfn olunmalı idi. Onun özü də, ruhu da Azərbaycana aiddir”.
Mərasimdən sonra mərhum II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Qeyd edək ki, Sərvər Soltan oğlu Qəniyev 1937-ci ildə Bakıda anadan olub. Yaradıcılığı dövründə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. O, SSRİ-nin bir çox şəhərlərində geniş konsert proqramları ilə çıxış edib. Azərbaycan bəstəkarlarının bir sıra yeni əsərlərinin ilk ifaçısı olub. 1993-cü ildən isə Türkiyədə işləyib. Ankara şəhərindəki Bilkənd Universitetində skripka üzrə müəllim, Akademik Kamera Orkestrinin dirijoru və Beynəlxalq Akademik Böyük Simfonik Orkestrin solisti olub.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 237 nəfər xilas edilib, 7 nəfər ölüb- YENİLƏNİB-3
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır