Bank Of Baku

Akademik Milli Dram Teatrında “Qarabağnamə” adı altında yeni tamaşanın məşqlərinə başlanılıb

Akademik Milli Dram Teatrında “Qarabağnamə” adı altında yeni tamaşanın məşqlərinə başlanılıb
# 07 sentyabr 2010 15:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Qarabağnamə” adlı yeni tamaşanın məşqlərinə başlanılıb. Teatrın rejissoru Mərahim Fərzəlibəyovun quruluş verdiyi bu tamaşa İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanır. Mərahim Fərzəlibəyovun APA-ya verdiyi məlumata görə, bu əsər 14 il bundan əvvəl səhnəyə qoyulub, ancaq indi əsər yeni quruluşda hazırlanır: “Tamaşa “Qarabağnamə” adlanır. Nə qədər Qarabağ torpağı azad olmayıb, biz bu əsərlərlə tamaşaçıları görüşdürəcəyik. Tamaşa “Hökmdar və qızı” əsərinin motivləri əsasında hazırlanır. Əsas mövzu Qarabağ mövzusudur və olduqca gözəl yanaşmalar, səhnələr var”. Rejissor qeyd edib ki, tamaşada teatrın aparıcı aktyorları rol alıblar.

M. Fərzəlibəyov deyib ki, teatrın açılışına üç tamaşanın hazırlanması nəzərdə tutulur. Bu tamaşalarda biri “Hökmdar və qızı”, ikincisi “Hamlet”, үçüncüsü isə Mirzə Fətəli Axundovun “Vəziri-xanı Lənkəran” əsəri əsasında hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR