Bank Of Baku

Bolqarıstanda gənc Azərbaycan rəssamlarının sərgisi keçiriləcək

Bolqarıstanda gənc Azərbaycan rəssamlarının sərgisi keçiriləcək
# 08 sentyabr 2010 07:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sentyabrın 11-18-də Bolqarıstanın paytaxtı Sofiyada “Azərbaycanın gənc rəssamları Bolqarıstanda” adlı sərgi təşkil olunacaq. Sərginin təşkilatçısı olan “Dirşçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyevin APA-ya verdiyi məlumata görə, sərgidə nümayiş üçün 13 rəssamın 80-dən çox əsəri seçilib. Bu əsərlər arasında Fərəc Fərəczadənin “Uşaqlıq”, Zümrüd Hacıyevanın “Natürmort güllər”, Firəngiz Hüseynovanın “Qızcığaz oyuncaqla”, Əzizə Cavadovanın “Arlekin”, Xavər Əliyevanın “Buta”, Nəzrin Qurbanovanın “Qoroskoplar” və digərlərini qeyd etmək olar.

Sərginin ən gənc iştirakçısı Fərəc Fərəczadənin 8 yaşı var. Bu, onun xaricdə keçiriləcək ilk sərgisidir. Sərgilənəcək əsərlər rəngkarlıq və qrafikanın müxtəlif istiqamətlərini əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR