Bank Of Baku

Sumqayıtda Ukrayna şairi və yazıçısı Lesya Ukrainkanın abidəsi qoyulacaq

Sumqayıtda Ukrayna şairi və yazıçısı Lesya Ukrainkanın abidəsi qoyulacaq
# 08 sentyabr 2010 07:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın Sumqayıt şəhərində tanınmış Ukrayna şairi və yazıçısı Lesya Ukrainkanın (Larisa Petrovna Kosaç-Kvitka) 140 illiyi ilə əlaqədar abidəsi ucaldılacaq. Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə şəhərin Çerkassı küçəsində salınacaq parkın və abidənin layihəsi hazırlanır. Salınması nəzərdə tutulan parkın ərazisinin uzunluğu 1346 metr, eni 30.25 metr, ümumi sahəsi isə 40716 kvadratmetrdir. Monumentin açılışı 2011-ci ilə planlaşdırılır.

Qeyd edək ki, Lesya Ukrainka 1871-ci ildə anadan olub və 1913-cü ildə ağır xəstəlikdən dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR