Bank Of Baku

Heydər Əliyev Sarayı “Böyük səhnəyə yol” adlı konsert proqramı təşkil edəcək

Heydər Əliyev Sarayı “Böyük səhnəyə yol” adlı konsert proqramı təşkil edəcək
# 08 sentyabr 2010 14:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 28-də Heydər Əliyev Sarayının təşəbbüsü ilə gənc ifaçılara dəstək olmaq məqsədi ilə “Böyük səhnəyə yol” adlı konsert proqramı keçiriləcək. Sarayın mətbuat katibi Anar Fərəczadənin APA-ya verdiyi məlumata görə, konsert proqramında peşəkar ifalar və musiqilərlə istedadlı gənc müğənnilər, Milli Konservatoriyanın, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bülbül adına musiqi məktəbinin məzunları və tələbələri çıxış edəcəklər. Konsertdə iştirak edəcək gənclər arasında Mirkamil Kamilov, Aynişan Quliyeva , Aygün İsmayılova, Müşfiq Əliyev, Fuad Ağayev, Çingiz Mustafayev də var. Heydər Əliyev Sarayın rəhbərliyinin bu konsert proqramını hazırlamaqda məqsədi, sənətdə yeni addımlarını atan çox istedadlı gənclərə böyük səhnəyə yol açmaq və onları üzə çıxardaraq, Azərbaycan musiqi sənətini daha da zənginləşdirməkdir. Bunu nəzərə alaraq, Heydər Əliyev Sarayın rəhbərliyi son illər gənc istedadların üzə çıxarılması üçün keçirilən bir çox müsabiqələrin münsiflər heyətinin üzvlərindən biri seçilən əməkdar artisti Aybəniz Haşımova ilə çalışmaq qənaətinə gəlib. Konsertin biletlərinin qiyməti 10 – 25 manat arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR