Bank Of Baku

Heydər Əliyev Sarayında 38-ci mövsümün açılışı və yeni LED ekranın təqdimatı keçirilib – FOTOSESSİYA

Heydər Əliyev Sarayında 38-ci mövsümün açılışı və yeni LED ekranın təqdimatı keçirilib – <font color=red>FOTOSESSİYA </font>
# 09 sentyabr 2010 08:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 9-da Heydər Əliyev Sarayında 38-ci mövsümün açılışı və Ramazan bayramına həsr olunmuş “Bakının payız günləri” adlı konsert təşkil olunub. APA-nın məlumatına görə, konsertdə eləcə də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə alınan Azərbaycanda analoqu olmayan LED ekranın təqdimatı keçirilib. Yeni LED ekranın ölçüsü 50 kvadratmetrdir və keyfiyyətinə görə çox üstündür. Avropadan xüsusi sifarişlə gətirilən yeni ekran tamaşaçıların rahatlığı üçün alınıb. LED ekrandan ilk dəfə mövsüm açılışı üçün təşkil olunmuş konsertdə istifadə olunub. Konsertdə Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı heyəti, əməkdar artistlər İlqar Muradov, Tünzalə Ağayeva, “Rast” qrupu, sənətçilər Ayaz Qasımov, Məryəm Şabanova, “Dəyirman” qrupu, Babək Niftəliyev, Emil Bədəlov, İzzət Bağırov, Elnur, Elnarə Xəlilova, Lalə Məmmədova və başqaları çıxış ediblər. Konsertin aparıcısı Murad Arif olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR