Bank Of Baku

Batumidə V Beynəlxalq müəllif kinoları (BİAFF) kinofestivalı başlayıb

Batumidə V Beynəlxalq müəllif kinoları (BİAFF) kinofestivalı başlayıb
# 13 sentyabr 2010 22:47 (UTC +04:00)
Batumi. Nizami Məmmədzadə-APA. Batumidə V Beynəlxalq müəllif kinolarının (BİAFF) kinofestivalı başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sentyabrın 12-dən 19-na kimi davam edəcək kinofestival müəllif kinolarının yubileyinə həsr edilib. Festivalın münsiflər heyətinin rəhbəri amerikalı kinorejissor Zbiqnev Rıbçinski (mənşəcə polyak, 1983-cü ildə “Tanqo” kinosuna görə, “Oskar” mükafatına layiq görülüb) və üzvləri Bojidan Manov (Bolqarıstan), Nino Kirtadze (Gürcüstan), Sıddık Barmak (Əfqanıstan) və Cudit Blekbern (ABŞ) sentyabrın 13-də mətbuat konfransı keçiriblər.

Tədbirdə məlumat verilib ki, kinofestivalda 23 ölkənin filmləri nümayiş olunacaq, eyni zamanda gürcü kinorejissor Dmitri Mamuliya tərəfindən Rusiyada çəkilən və bu ölkəni təmsil edəcək film də göstəriləcək. Festivalın “bədii və sənədli kino” proqramında gürcü filmləri göstərilməyəcək. Onlar yalnız gənc rejissorların müsabiqə filmləri bölmələrində təmsil olunacaqlar.

Məlumata görə, kinofestivalın qonağı görkəmli İran kino rejissoru Abbas Kiarostami olacaq. Tədbirdə onun bir neçə filmi nümayiş etdiriləcək. Qeyd edək ki, Abbas Kiarostaminin “Sona çatmış surət” adlı sonuncu filminin premyerası 2010-cu ildə Kann festivalında keçirilib. İran kinorejissoru tədbirin gedişində həm də master-klas keçirəcək.

Batumidə baş tutan tədbirdə gürcü rejissorlardan Levan Koquaşvili və Nana Canelidzenin çəkdiyi yeni gürcü filmləri də nümayiş etdiriləcək. Tədbirdə digər rejissorların filmləri ilə yanaşı münsiflərin filmləri də yer alacaq.

V Beynəlxalq müəllif kinoları (BİAFF) kinofestivalında filmlərə Qran-Pri, ən yaxşı bədii film, yaxşı sənədli film, ən yaxşı kişi və qadın rolu nominasiyaları üzrə mükafatlar veriləcək, münsiflərin xüsusi mükafatı və kinematoqrafiyanın inkişafında xidmətlərinə görə əlavə mükafat və direktorluğun mükafatı veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR