Bank Of Baku

Sabah Sumqayıtda Üzeyir Hacıbəyovun abidə kompleksinin açılışı olacaq

Sabah Sumqayıtda Üzeyir Hacıbəyovun abidə kompleksinin açılışı olacaq
# 14 sentyabr 2010 07:44 (UTC +04:00)
Sumqayıt. Ülkər Qasımova - APA. Sumqayıt şəhəri Üzeyir Hacıbəyov küçəsində inşa edilən dahi bəstəkarın abidə kompleksinin montajı başa çatıb.

Sumqayıt şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, sentyabrın 15-də abidənin açılışı olacaq.

Abidə kompleksinin inşa edildiyi xiyabanın eni 23 metr, ərazinin uzunluğu 61 metr təşkil edir. 1340 kvadrat metrlik abadlaşdırılan sahənin təxminən 740 kv. metr hissəsində tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kollar əkilib, oturacaqlar, müasir işıqlandırma sistemi quraşdırılıb.

Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Ü.Hacıbəyovun abidəsinin ümumi hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m-dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib, üzərində 5 metr yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR