Bank Of Baku

Yuğ Teatrında iki yeni tamaşanın məşqlərinə başlanılıb

Yuğ Teatrında iki yeni tamaşanın məşqlərinə başlanılıb
# 14 sentyabr 2010 10:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dövlət Yuğ Teatrında yeni iki tamaşanın məşqlərinə başlanılıb. Teatrdan APA-ya verilən məlumata görə, tamaşalardan biri “Diogenin çəlləyi” adlanır. Tamaşanın ideya müəllifi və quruluşçu rejissoru əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, quruluşçu rəssam Rəşid Şerif, geyim üzrə rəssam Umay Həsənova, musiqi tərtibatçısı Mələk Vəlizadədir. Tamaşada Emridokl rolunda Ruslan İsmayılov, Averenius rolunda Oqtay Mehdiyev, Safo rolunda Təranə Ocaqverdiyeva (Atacan), Trist Meqist rolunda Hikmət Rəhim, Alkmena rolunda İlahə Həsənli, Emridemiya rolunda Natəvan Qeybani çıxış edirlər.

Teatrda məşqlərinə başlanılan ikinci tamaşa Saleh Səbatın “Uşaq və biz” əsəri əsasında hazırlanır. Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğlu, quruluşçu rəssamı Rəşid Şerif, geyim üzrə rəssam Umay Həsənova, musiqi tərtibatçısı Mələk Vəlizadədir. Tamaşanın rollarını Məmmədsəfa Qasımov, Oqtay Mehdiyev, Qasım Nağı, Gülzar Qurbanova, Təranə Ocaqverdiyeva, Ruslan İsmayılov, Hikmət Rəhim, Rasim Cəfərov
Yaqut Paşazadə, Zümrüd Bəxtiyar, Vaqif İbrahimoğlu, Fərhad İsrafilov, Vidadi İsmayıl
Ər-Toğrul, İlahə Həsənli, Sonaxanım Mikayılova, Natəvan Qeybani canlandırırlar.

Teatr yeni mövsümünü sentyabrın 18-də Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşası ilə açacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR