Bank Of Baku

Azərbaycan “Animayevka -2010” VIII Beynəlxalq animasiya filmləri festivalında “İt sərgisi” animasiya filmi ilə təmsil olunacaq

Azərbaycan “Animayevka -2010” VIII Beynəlxalq animasiya filmləri festivalında “İt sərgisi” animasiya filmi ilə təmsil olunacaq
# 14 sentyabr 2010 10:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 23-30 sentyabr tarixlərində Belarusun Moqilyov şəhərində “Animayevka -2010” VIII Beynəlxalq animasiya filmləri festivalı keçiriləcək. APA-nın məlumatına görə, festivala 19 ölkənin 35 studiyasında hazırlanmış 122 animasiya filmi təqdim olunub. Festivalın xüsusi komissiyası tərəfindən 44 rejissor işi müsabiqədə iştirak hüququ qazanıb. Festivalın komissiyasının sədri sənətşünas Natalya Krivulidir Müsabiqədə Azərbaycanı “Azanfilm” kinostudiyasının istehsalı olan “İt sərgisi” animasiya filmi təmsil edəcək. Animasiya filminin quruluşçu rejissoru Arif Məhərrəmovdur. Müsabiqənin qalibləri sentyabrın 30-da elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR