Bank Of Baku

Azərbaycanı VI Beynəlxalq Kazan Film festivalında “Bir addım” filmi təmsil edəcək - FOTO

Azərbaycanı VI Beynəlxalq  Kazan Film festivalında “Bir addım” filmi təmsil edəcək - <font color=red>FOTO</font>
# 15 sentyabr 2010 09:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “İmper Qrup” Prodüser Mərkəzinin istehsal etdiyi “Bir addım” qısametrajlı bədii filmi Rusiyanın nüfuzlu kinofestivallarından biri olan VI Beynəlxalq Kazan Film festivalında Azərbaycanı təmsil edəcək. Filmin rejissoru Fariz Əhmədovun APA-ya verdiyi məlumatına görə, bu gün start götürən festival sentyabrın 19-dək davam edəcək. F. Əhmədov özünün rejissoru olduğu filmi festivalda təqdim edəcək. Rejissorun bildirdiyinə görə, bu artıq filmin qatıldığı 20-ci beynəlxalq festivaldır. İlin sonunadək “Bir addım” filmi Polşa, Hindistan, İtaliya və Rusiyada keçirilən daha dörd festivala dəvət alıb. Festivalda Azərbaycanla yanaşı, Amerika, Böyük Britaniya, Fransa, İran, Hindistan, Norveç və digər ölkələrin kino məhsulları nümayiş olunacaq.
Xatırladaq ki filim 2009-cu ildə “İmper Qrup” Prodüser Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran-2008” müsabiqəsinin qalib kino layihəsi kimi istehsal olunub. Filmin rejissorları Fariz Əhmədov və Nərgiz Bağırzadə, ssenari müəllifi Alina Abdullayeva və Nərgiz Bağırzadə, quruluşçu operatoru Tarıverdi Tarıverdiyev, qurluşçu rəssamı Şahin Həsənli, Bəstəkarı Rauf Aliyev prodüserleri isə Raşad Qasımov və Fariz Əhmədovdur. Filmin bədii rəhbəri Cəmil Quliyevdi. Filmdə baş rollara Gülzar Qurbanova, Pərviz Məmədrzayev və Nərminə Kərimova çəkiliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR