Bank Of Baku

Alim Qasımov Londonda konsert proqramı ilə çıxış edəcək

Alim Qasımov Londonda konsert proqramı ilə çıxış edəcək
# 15 sentyabr 2010 11:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti Alim Qasımov sentyabrın 19-da Londonda “Barbican” konsert salonunda konsert proqramı ilə çıxış edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdə xalq artisti “Kronos” kvarteti ilə birgə “Ramazan Gecələrinin bir parçası kimi” adlı konsert nümayiş etdirəcək. Alim Qasımovla eyni səhnəni qızı Fərqanə Qasımova və Əfqanıstan müğənnisi Humayun Sakhi də bölüşəcək.
Məlumatda bildirilib ki, “Barbican” konsert salonu Azərbaycan xanəndələrinin konserti üçün bu məkanın qiymətlərində endirim ediblər.
Azərbaycan musiqiçilərinin Londona səfəri sentyabrın 18-də başlanacaq. Musiqiçilər sentyabrın 20-də Vətənə qayıdacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR