Bank Of Baku

Sumqayıt Dövlət Musiqili Dram Teatrında tamaşa hazırlamaq üçün Ukrayna və Rusiyadan rejissor dəvət olunub

Sumqayıt Dövlət Musiqili Dram Teatrında tamaşa hazırlamaq üçün Ukrayna və Rusiyadan rejissor dəvət olunub
# 16 sentyabr 2010 09:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sumqayıt Dövlət Musiqili Dram Teatrında tamaşa hazırlamaq üçün Ukrayna və Rusiyadan rejissor dəvət olunub. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə teatrın direktoru, əməkdar mədəniyyət işçisi Mehman Şükürov məlumat verib. Teatr rəhbəri bildirib ki, hər iki rejissor gələn il üçün teatrda yeni tamaşalar hazırlayacaqlar: “Biz artıq bu ayın 26-dan etibarən repertuarımızda olan bütün tamaşaların nümayişinə başlayacağıq. Ay ərzində 20-yə yaxın tamaşa nümayiş etdirmək niyyətimiz var. Oktyabrın 24-də isə Sankt-Peterburqda keçiriləcək festivala qatılacağıq. İki yeni tamaşamız da gələn ay üçün tamamlanmalıdır”.
M. Şükürov qeyd edib ki, uzun illərdən sonra Sumqayıt Dövlət Musiqili Dram Teatrının nəhayət ki, yeni və şəxsi binasında fəaliyyətə başlaması onları çox sevindirir: “40 il kirayə yaşayandan sonra nəhayət ki, özümüzün də binamız oldu. Artıq hamı bilir ki, bu teatrın öz binası və tamaşaları var. Bizim kollektiv bir neçə gündən sonra artıq hazırladığımız tamaşaları tamaşaçılara göstərə biləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR