Bank Of Baku

Xalq artisti Tariyel Qasımov şəxsi kino-arxivini Dövlət Film Fonduna təqdim edib

Xalq artisti Tariyel Qasımov şəxsi kino-arxivini Dövlət Film Fonduna təqdim edib
# 16 sentyabr 2010 11:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti, aktyor Tariyel Qasımov öz şəxsi kino-arxivini Dövlət Film Fonduna təqdim edib. Bu barədə APA-ya məlumat verən fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, şəxsi kino-arxiv materialları arasında T. Qasımovun çəkildiyi filmlərdən maraqlı məlumatlar da var.

Bununla yanaşı, rejissor, operator, əməkdar incəsənət xadimi Zaur Məhərrəmov da şəxsi foto-arxivini Dövlət Film Fonduna təqdim edib. C. Quliyev qeyd edib ki, bu materiallar əsasında Zaur Məhərrəmovum şəxsi arxiv fondu yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR