Bank Of Baku

Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyinə həsr olunmuş tədbir-konsert keçirilib

Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyinə həsr olunmuş tədbir-konsert keçirilib
# 16 sentyabr 2010 15:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) qarşısında, bəstəkarın abidəsi önündə Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyinə həsr olunmuş tədbir-konsert keçirilib. APA-nın məlumatına görə, tədbir “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının Şuşa təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov bəstəkarın Azərbaycan üçün böyük xidmətlərindən danışıb. Çıxışlardan sonra, tədbir iştirakçıları bəstəkarın abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirdə “Cantempo” qrupunun ifasında Üzeyir Hacıbəylinin, eləcə də müasir Azərbaycan bəstəkarların əsərləri ifa olunub. Konsertə dirijor Fəxrəddin Kərimov rəhbərlik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR