Bank Of Baku

“Qəzan mübarək, Paşam” filminin təqdimatı keçirilib - FOTOSESSİYA

“Qəzan mübarək, Paşam”  filminin təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 17 sentyabr 2010 14:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün “Oskar” Kino Şirkəti tərəfindən istehsal edilən Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi, bu ordunun uğurlu missiyası və Bakının erməni-daşnak qüvvələrindən azad edilməsinə həsr olunmuş “Qəzan mübarək, Paşam” bədii-sənədli filminin nümayişi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib ki, TRT-nin Bakı nümayəndəliyinin, Regional Televiziya Şəbəkəsinin, Xəzər TV-nin və Cənub Regional Televiziyasının texniki və informasiya dəstəyi ilə hazırlanan film 1918-ci ilin 25 mayından 15 sentyabra qədər olan dövrü əhatə edir.

Çəkilişləri Qazax, Gəncə, Kürdəmir, Şamaxı, Lənkəranda baş tutan filmdə Qafqaz İslam Ordusunun qələbə marşrutunda ən gərgin döyüşlər barədə hərbi məlumatlar yer alacaq, döyüş xəritələri, Qafqaz İslam Ordusu komandanı Nuru Paşa və Əliağa Şıxlinskinin müharibə strategiyasının incəlikləri təqdim edilib. Filmdə Nuru Paşanın, Əliağa Şıxlinskinin bədii obrazları yaradılıb, Qazaxda və Gəncədə ordunun qarşılanma səhnələri, döyüş yolunun fraqmentlərini əks elətdirən epizodlar lentə alınıb. “Oskar” Kino Şirkətinin baş redaktoru Sədi Məmmədov isə deyib ki, təqdim olunan film Azərbaycan-Türkiyə dostluğunun daha bir təsdiqidir. Onun sözlərinə görə, Bakının azad olunması əməliyyatı “Qəzan mübarək, Paşam” filmində bütünlüklə öyrənilib və Azərbaycan kino tarixində ilk dəfə daşnak-bolşevik-ingilis-alman hərbi qüvvələrinə qarşı Qafqaz İslam Ordusunun qələbə döyüşü detallarına qədər təqdim olunub. S. Məmmədov “Qəzan mübarək, Paşam” filminin Rusiya televiziya kanallarında nümayişinin nəzərdə tutulduğunu və bu məqsədlə hazırda filmin rus dilində subtitrləri hazırlanır. Filmin xarici televiziya ekranlarında nümayişinin təşkili də planlaşdırılır. Filmin ssenari müəllifləri Ramin Vəkilov və İlham Rüstəmov, rejissorları Yaşar Əhmədov və Sain Qəhrəmanogludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR