Bank Of Baku

Bodrumda azərbaycanlı rəssamın sərgisi açılıb

Bodrumda azərbaycanlı rəssamın sərgisi açılıb
# 17 sentyabr 2010 15:04 (UTC +04:00)
Bodrum. Mais Əlizadə - APA. Bodrumdakı “Ayna” qalareyasında azərbaycanlı rəssam Əbülfəz Fərəcoğlu və tələbələrinin qrup sərgisi açılıb. APA-nın Türkiyə müxbirinin məlumatına görə, “İstanbul dar gələrsə....” adlı sərgidə Əbülfəz Fərəcoğlunun fiqurativ janrda işlədiyi yağlı boya tabloları nümayiş etdirilir. Bu, Əbülfəz Fərəcoğlunun Türkiyənin müxtəlif şəhərlərində iştirak etdiyi 20-ci qrup sərgisidir. Sənətkar indiyə qədər Türkiyədə 15 fərdi sərgi açıb.
Qeyd edək ki, 1956-cı ildə Naxçıvanda anadan olan Əbülfəz Fərəcoğlu Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini bitirib. Yaradıcılıq işlərini 1997-ci ildən bəri Türkiyədə davam etdirir. Ə. Fərəcoğlunun 2005-ci ildə İstanbulun Yaşılköy səmtində yaratdığı “Ekim” sənət emalatxanasının 60 müdavimi var.
Ə. Fərəcoğlu UNESCO-ya bağlı Beynəlxalq Plastik Sənətçilər Dərnəyinin üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR