Bank Of Baku

Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi və Milli Musiqi Günü münasibəti ilə Bakı Musiqi Akademiyasının qarşısında təntənəli mərasim keçirilib - FOTOSESSİYA

Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi və Milli Musiqi Günü münasibəti ilə Bakı Musiqi Akademiyasının qarşısında təntənəli mərasim keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 18 sentyabr 2010 10:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi və Milli Musiqi Günü münasibəti ilə ölməz bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının (BMA) qarşısında təntənəli mərasim keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününün 1995-ci ildən etibarən prezident Heydər Əliyevin xüsusi sərəncamı ilə Musiqi Günü kimi qeyd edildiyini diqqətə çatdırıb. Ə. Qarayev bu il artıq ikinci dəfə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar Beynəlxalq Musiqi Festivalının keçiriləcəyini açıqlayıb. Nazir mərasimdə çıxışı zamanı Azərbaycanda illərdir təntənəli şəkildə qeyd olunan bayram münasibətilə Azərbaycan mədəniyyət və incəsənət xadimlərini, eləcə də musiqisevərləri təbrik edib.

BMA-nın rektoru, xalq artisti Fərhad Bədəlbəyli Üzeyir Hacıbəyli irsinin öyrənilməsi üçün müvafiq şərait yaradılmasına kömək edənlərin hamısına təşəkkürünü bildirib. F. Bədəlbəyli eləcə də Azərbaycanın Üzeyir bəyi olmasını fərəhlə dilə gətirib. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edərək Üzeyir Hacıbəylinin yaratdığı hər bir əsərin əsrlərlə yaşayacağını və bütün dünya ölkələrində seviləcəyini vurğulayıb. Çıxışlardan sonra məxsusi olaraq bu gün üçün hazırlanmış konsert proqramı nümayiş etdirilib. Konsert proqramında Uşaq-Gənclər Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının və Müdafiə Nazirliyinin nümunəvi Hərbi Orkestrinin ifasında dahi bəstəkarın əsərləri ifa olunub.

BMA qarşısında keçirilən tədbirdə çoxsaylı musiqiçilərlə yanaşı, Üzeyir Hacıbəyli yaradıcılığının pərəstişkarları da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR