Bank Of Baku

Heydər Əliyev Sarayında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyi keçirilib - FOTOSESSİYA

Heydər Əliyev Sarayında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyi keçirilib  - <font color=red>FOTOSESSİYA</font>
# 18 sentyabr 2010 16:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Bakıda Heydər Əliyev Sarayında dahi musiqiçi Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunmuş yubiley tədbiri və Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdən əvvəl sarayın foyesində Ü.Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən foto və kitab sərgisi nümayiş olunub.

Tədbirdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, Ü.Hacıbəylinin xalqımıza bəxş etdiyi musiqi, ədəbi və elmi irsi, ölməz və əbədidir: «Üzeyir Hacıbəylinin musiqisi dünya mədəniyyətinin qızıl fonduna daxil olub. Çoxcəhətli yaradıcılıq irsinə malik olan Üzeyir bəyin publisist, dramaturq, alim və ictimai xadim, pedaqoq kimi də xidmətləri əvəzsizdir. Üzeyir Hacıbəylinin şah əsəri «Koroğlu» operası, «O olmasın, bu olsun», «Arşın mal alan» musiqili komediyaları mili musiqi mədəniyyətinin kamil örnəkləri kimi bu gün də sevilir, beynəlxalq aləmdə bu gün də uğurla nümayiş etdirilir».

Nazir qeyd edib ki, Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalına da start verilib. O, beynəlxalq tədbirdə 10-dan çox ölkənin musiqiçilərinin iştirak edəcəyini söyləyib.

Tədbir Ü.Hacıbəylinin müəllifi olduğu əsərlərin ifası ilə davam etdirilir.

Qeyd edək ki, «Üzeyir Musiqi Günü» Beynəlxalq Musiqi Festivalı sentyabrın 28-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR