Bank Of Baku

Azərbaycan Dövlət Kukla Teatrı 79-cu mövsümünü Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərinin tamaşası ilə açıb

Azərbaycan Dövlət Kukla Teatrı 79-cu mövsümünü Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərinin tamaşası ilə açıb
# 20 sentyabr 2010 08:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 79-cu mövsümünü açıb. APA-nın məlumatına görə, teatrda mövsümün açılışında bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası nümayiş etdirilib. Bu komediya Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında, “Üzeyir Hacıbəyli-125” Beynəlxalq Musiqi Festivalı çərçivəsində səhnələşdirilib. Tamaşada Sankt-Peterburqdan gətirilmiş xüsusi marionetlərdən istifadə olunub. Komediyanın baş qəhrəmanı Məşədi İbad obrazını xalq artisti Yaşar Nuri oynayıb. Tamaşadan əvvəl jurnalistlərə açıqlama verən Yaşar Nuri bildirib ki, bu obrazı kukla teatrının səhnəsində oynamaq aktyorun çoxdankı arzusu olub: “Tamaşanın məşqlərinə bir ilə yaxın vaxt sərf olunub. İnanıram ki, bu yeni layihə tamaşaçıların ürəyincə olacaq". Tamaşanın qurluşçu rejissoru Elşad Rəhmanzadə, qurluşcu rəssamı Lətifə Quluzadə, kukla ustası Tatyana Melnikovadır.
Böyük maraqla qarşılanan tamaşanın nümayişində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR