Bank Of Baku

“Oskar” kino şirkəti “Dikiy diviziya” – tatar süvari alayı haqqında film çəkməyi planlaşdırır

“Oskar” kino şirkəti  “Dikiy diviziya” – tatar süvari alayı haqqında film çəkməyi planlaşdırır
# 20 sentyabr 2010 09:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Oskar” kino şirkətində iki ssenari üzərində iş gedir. Bu barədə APA-ya məlumat verən şirkətin baş redaktoru Sədi Məmmədov bildirib ki, bu ssenarilərin istehsalı üçün QHT-lərə Dövlət Dəstəyi Fondu və Türkiyənin Azərbaycandakı Səfirliyinə müraciət etməyi nəzərdə tuturlar. Onun sözlərinə görə, ssenarilərdən biri rus ordusunun tərkibində olan “Dikiy diviziya” - tatar süvari alayı haqqındadır: “Süvari alayı haqqında çoxlu dastanlar mövcuddur. Rumın mənbələrində belə bu barədə xüsusi araşdırmalar var. Çünki məhz Rumıniya cəbhəsində rusların böyük qələbələrinin əsas səbəbkarı həmin “Vəhşi diviziya” olub. Digər bir filmi isə Nuru Paşa haqqında bədii filmdir. Biz bu filmdə bir çox yenilikləri ortaya çıxarmaq niyyətindəyik. Nuru Paşa Hacı Zeynalabdin Tağıyevin qızı Sona Tağıyeva ilə eşq macərası yaşayıb. Belə ki, sonralar nə Sona xanım uzun illər ərə getməyib, nə də ki Nuru paşa evlənməyib. Yenə də deyirəm ki, bu fakt hələlik araşdırılır”. S. Məmmədov bildirib ki, bu fakt bir tarixi gerçəklik olmasa belə, filmdə qabardılacaq: “Nuru Paşa haqqında bədii film çəkəsi olsaq, çox güman ki orada həm sevgi hekayəsi, həm qəhrəmanlığı işıqlandırılacaq. Biz bütün bunları bir arada çəkmək istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR