Bank Of Baku

Azərbaycan kino layihəsi “Kinoşok” film festivalı çərçivəsində keçirilən müsabiqədə mükafat qazanıb

Azərbaycan kino layihəsi “Kinoşok” film festivalı çərçivəsində keçirilən müsabiqədə mükafat qazanıb
# 20 sentyabr 2010 10:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Anapada keçirilən MDB – Latviya, Litva və Estoniya XIX “Kinoşok” beynəlxalq kinofestivalı başa çatıb. APA-nın məlumatına görə, festival çərçivəsində kino layihələr müsabiqəsi də keçirilib. Bu müsabiqədə Azərbaycandan təqdim olunmuş “İki nəfərin xoşbəxtliyi” kino-layihəsi üçüncülük qazanıb. Çingiz Rəsulzadəyə məxsus olan kino layihəsi müsabiqədə qazandığı üçüncülüyə görə 200 min rublla təltif olunub. Sözügedən müsabiqədə qran-priyə Litva, Rusiya və Fransanın birgə istehsalı olan “Avrasiyalı” filmi layiq görülüb. Müsabiqədə II–yə və 300 min rubl pul mükafatına Litva – Rusiyanın birgə istehsalı olan “Allah bizimlədir”, I-yə və 400 min rubla Rusiya-Ukrayna və Ermənistanın birgə istehsalı olan “Paracanov” filmi layiq görülüb.

Onu da bildirək ki, festivala Azərbaycanı təmsil edən “Kuklalar” heç bir mükafata layiq görülməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR