Bank Of Baku

«Arşın mal alan» açıq hava şəraitində tamaşaçılar qarşısına çıxıb

«Arşın mal alan» açıq hava şəraitində tamaşaçılar qarşısına çıxıb
# 20 sentyabr 2010 20:49 (UTC +04:00)
Ağcabədi. Teymur Zahidoğlu - APA. Ağcabədi şəhərində «Qarabağ» Muğam Mərkəzində «Üzeyir Hacıbəyli - 125» Beynəlxalq Musiqi festivalı çərçivəsində açıq konsert tamaşa keçirilib. APA-nın Qarabağ bürosu xəbər verir ki, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri açıq hava şəraitində minlərlə tamaşaçının qarşısında «Arşın mal alan» musiqili komediyasını nümayiş etdirib.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli, akademik Budaq Budaqov və xalq artisti Ağaverdi Paşayev də tamaşaçılar arasında olub.
Tamaşada əsas rolları - Ramin Qasımov (Əsgər), əməkdar artist Gülnaz İsmayılova (Gülçöhrə) ifa ediblər. Tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti Ağaverdi Paşayev, quruluşçu rejissoru əməkdar incəsənət xadimi professor Əli Usubovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR