Bank Of Baku

Bakıda “Ölüm növbəsi” bədii filmin premyerası keçirilib

Bakıda “Ölüm növbəsi” bədii filmin premyerası keçirilib
# 22 sentyabr 2010 08:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 21-də dövlət sifarişi ilə “Sınaq-film” prodüser mərkəzində çəkilmiş “Ölüm növbəsi” bədii filmin premyerası keçirilib. APA-nın məlumatına görə, Teatr Xadimləri İttifaqının tamaşa salonunda nümayiş etdirilən filmin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi, Fikrət Əliyev, operator Rafiq Quliyev, bəstəkar Rauf Əliyev, prodüser Tofiq Musayevdir. Filmin rollarında Şamil Süleymanov, Abbas Qəhrəmanov, Qorxmaz Əlili-Canzadə, Aytac Nuri, Mirkamil Kamilov, Cahangir Novruzov, Mirzə Ağabəyli və başqaları çəkiliblər. Filmin ssenari müəlliflərindən biri olan İlqar Fəhmi bildirib ki, Bakıətrafı kəndlərin birində baş verən dramatik əhvalatın mərkəzində mənəviyyat və əxlaq, məhəbbət və sədaqət məsələləri durur: “Bu gün təqdim olunan filmi biz ötən il təhvil verməli idik, ancaq bir az gecikdik. Film “Ölüm növbəsi” adlansa da, həyata nikbin baxışdır. Filmin çəkilişləri əsasən Buzovnada aparılıb”. Filmdə baş obrazı Şamil Süleymanov canlandırıb. Filmin ikinci premyerası bu gün də eyni məkanda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR