Bank Of Baku

Gənc Tamaşaçılar Teatrı beynəlxalq teatr festivalında mükafat qazanıb

Gənc Tamaşaçılar Teatrı beynəlxalq teatr festivalında mükafat qazanıb
# 22 sentyabr 2010 09:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq teatr festivalında növbəti mükafatını qazanıb. APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, sentyabrın 11-dən 18-nə kimi Belarusun Brest şəhərində keçirilən “Belaya veja” XV Beynəlxalq Festival keçirilən festivalda Azərbaycanı təmsil edən Gənc Tamaşaçılar Teatrı “ən yaxşı mono-tamaşa” nominasiyasında mükafata layiq görülüb. Teatra bu mükafat Patrik Zyüskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya görə təqdim olunub. Əsər əməkdar artist Şövqü Hüseynov tərəfindən tərcümə edilib və bu tamaşada özü də rol alıb. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı xalq artisti, mərhum rejissor İrina Perlova olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR